Türkiyə ABŞ və İran arasında vasitəçi olmağa hazırdır - Ərdoğan
DÜNYA
21:55 03.02.2026
726
Türkiyə İran və ABŞ arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılmasında vasitəçi rolunu üzərinə götürməyə hazırdır.
Bunu Rəcəb Tayyib Ərdoğan "Asharq Al-Awsat” qəzetinə müsahibəsində bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə bütün beynəlxalq platformalarda İrana qarşı hər hansı hərbi addımın qəbuledilməz olduğunu açıq şəkildə ifadə edib.
Türkiyə Prezidenti fevralın 3-də Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Səfər çərçivəsində o, Krallığın vəliəhdi və Baş naziri Məhəmməd bin Salman ilə görüş keçirib.