Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin rayonu ilə sərhədboyu ərazilərə nəzarəti ələ keçirib.
AZXEBER.COM trend-ə istinadən bildirir ki, "Zeytun budağı" çərçivəsində hərbi əməliyyatları davam etdirilir.
Son sutka ərzində Afrinin qərbində, 7,8 kilometrlik ərazidə yaşayış məntəqələri azad edilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.