Türkiyə AVRO-2020-yə ev sahibliyi etməkdən imtina etdi
İDMAN
11:00 26.04.2014
1258
Türkiyə Futbol Federasiyası AVRO-2020-yə ev sahibliyi etməkdən imtina edib.AZXEBER.COM-un məlumatına görə, bu barədə TFF-nin İdarə Heyəti qərar verib.Bu gün qəbul olunan qərarda bildirilir ki, imtinanın səbəbi Avropa çempionatının bir ölkədə yox, 13 ölkənin 13 şəhərində keçiririlməsidir: "Türkiyənin həm futbol, həm infrastruktur baxımından belə bir turnirin sadəcə yarımfinal və final yox, bütün yarışa ev sahibliyi edə biləcəyinə inanırıq. Xüsusən son dönəmdə 28 yeni stadion Gənclik və İdman Nazirliyi, bələdiyyələrimiz və TOKİ tətrəfindən türk idmanına qazandırılmaqda olduğunu xatırlatmaq istəyirik. Yaxın zamanlarda mövcud modern stadionlarımızla Avropa çempionatı kriteriyalarına uyğun 13 stadiona sahib olacağıq. Bu durumda Türkiyənin belə bir turniri stadionları, digən infrastrukturu və bundan başqa futbol sevgisi ilə tək başına tək başına təşkil edə biləcək bir ölkə durumundadır. İdarə Heyətimiz bu səbəbdən bu gün AVRO-2020-nin yarımfinal və final oyunlarına ev sahibliyi etməkdən imtina etmək qərarı verib. İdarə Heyətimiz AVRO-2024-ün bütün ev sahibliyini almaq üçün çalışmalara başlayır".Qeyd edək ki, AVRO-2020-yə ev sahibliyi edən şəhərlərdən biri də Bakıdır. AFFA artıq paytaxtımızın namizədliyini irəli sürüb.