‘Türkiyə avtoritarizmə doğru gedir’ – ABŞ-ın gələcək səfiri

DÜNYA
11:02 17.07.2014
848

ABŞ prezidenti Barak Obamanın bu ölkənin Türkiyədə yeni səfiri qismində namizədliyini irəli sürdüyü Con Bass Ərdoğan hökuməti haqda sərt fikirlər səsləndirib. 

Musavat.com-un “Hüriyyet” qəzetinə istinadən verdiyi xəbərə görə, Senatdakı dinləmələrdə o, Türkiyənin avtoritarizm istiqamətində hərəkət etdiyini söyləyib. Bu barədə o, Con Makkeyn tərəfindən qaldırılan Ərdoğanın üzünü avtoritarizmə tutması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. 

Ərdoğanın uydurma soyqırımla bağlı ermənilərə başsağlığı göndərməsinə toxunan gələcək səfir deyib ki, bu addım, eləcə də son aylar Türkiyə hökumətinin başqa müsbət jestləri göstərir ki, dialoq üçün məkan açıqdır.

OXŞAR XƏBƏRLƏR