"Türkiyə-Azərbaycan birliyi bölgədə sabitlik amilidir"

"Türkiyə-Azərbaycan birliyi bölgədə sabitlik amilidir"
SİYASƏT
11:17 22.10.2022
603
Azərbaycan və Türkiyə Prezidentləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdilər. Zəngilanın işğaldan iki il öncə, 20 oktyabr 2020-ci ildə azad olunduğu gündə açılış törəninin keçirilməsi həm rəmzi, həm də tarixi məna daşıyır.
 
Bütün dünyaya sülh mesajı verən liderlər haqlı olaraq bildirdilər ki, Zəngilan Hava Limanı Şərqi Zəngəzurun və Qarabağın dirçəliş dastanının yazıldığının bariz nümunəsidir. Zəngilan görüşü Azərbaycan-Türkiyə birliyinin, dostluğunun və sarsılmaz müttəfiqliyinin təkcə, bölgənin inkişafının   deyil, eyni zamanda Cənubi Qafqazda  sülhün və təhlükəsizliyin yeganə qarantı olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır.
 
Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi.
Zəngilan Beynəlxalq Hava Limanının açılışı, Özü də bu, nəhəng layihə Zəngilanın işğaldan azad edilməsinin düz ikinci ildönümü günündə reallaşdı ki, bunun də rəmzi mənası var idi. Bununla Azərbaycan nəyə qadir olduğunu növbəti dəfə sübuta yetirdi, bütün dünyaya, dost-düşmənə duyurdu. Müqayisə üçün də imkanlar genişdi. Məsələn, dağın o üzündə, Qərbi Zəngəzurda, Azərbaycan əsgərinin "ovcunun içində” miskin durumda olan Qafan aeroportu, Şərqi Zəngəzurda isə modern Beynəlxalq Hava Limanı!
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib.
"İkinci Qarabağ savaşının ilk saatlarından əziz qardaşım, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır və bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı”, - deyə dövlət başçısı qeyd edib.
Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Azərbaycanla Türkiyənin həyata keçirdiyi ortaq layihələr təkcə bu iki qardaş ölkənin deyil, bütövlükdə regionun inkişafı, bölgə xalqlarının rifahı və təhlükəsiziliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrin genişləndirilməsi müttəfiqlik münasibətlərinin iqtisadi əsaslarını möhkəmləndirməklə yanaşı, hər zaman olduğu kimi yenə də bölgə xalqlarının rifahına və təhlükəsizliyinə xidmət edəcək
Bu gün biz bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Türkiyə şirkətləri bu işlərdə fəal iştirak edirlər. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu, bu amil bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir.

Naftalan şəhər sakini Afət Mustafayeva
OXŞAR XƏBƏRLƏR