Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzatdı

Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzatdı
SOSİAL
11:25 03.06.2020
594
Türkiyə Azərbaycan vətəndaşları üçün bu ölkədə vizasız qalmaq müddətini 90 günədək uzadıb.

AZXEER.COM "Report”a istinadən xəbər verir ki, bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. 

Qərara əsasən, 2020-ci ilin fevralın 25-də Bakıda imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin təsdiq edilməsi barədə saziş təsdiqlənib.

Qərar iyunun 3-də Türkiyənin "Rəsmi qəzeti”ndə dərc edilib.

Qeyd edək ki, əvvəllər bu müddət 30 gün təşkil edirdi. 
OXŞAR XƏBƏRLƏR