Türkiyənin birinci xanımı Hayrunnisa Gül paytaxt Ankarada vəzifəli olan diplomatların xanımları üçün bu gün verəcəyi ziyafətə Fransanın səfiri Loran Bilinin həyat yoldaşı Sabine Bilini dəvət etməyib. Türkiyə prezidentinin rəsmi iqamətgahı olan Çankaya köşkündə nahar vaxtı veriləcək ziyafətə qadın diplomatlar, diplomatların xanımları, habelə AB, BMT kimi beynəlxalq qurumların qadın nümayəndələri dəvət edilib. Mətbuat nümayəndələrinin buraxılmayacağı, təxminən 90-a yaxın qonağın iştirak edəcəyi tədbirdə əvvəl Türkiyənin birinci xanımı Hayrunnisa Gül çıxış edəcək, daha sonra isə nahar ediləcək.