AZXEBER.COM-un məlumatına görə, “12 kilometrlik yoldakı cəsədlər” başlığı ilə dərc edilən yazıda millət vəkilinin Xocalı hadisələri ilə bağlı verdiyi məlumatlar əksini tapıb.
O bildirib ki, 1992-ci ilin 25-26 fevral tarixində erməni və rus qüvvələri Xocalıda böyük qətliam törədiblər. Xocalı və Ağdam arasında olan 12 kmlik meşə cəsədlərlə dolub. Orada baş verənlərin bir daha yaşanmaması üçün bütün Azərbaycan xalqının səfərbər olduğunu deyən C. Osmanlı, Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasına start verdiyini də qeyd edib. 3 il ərzində bu kampaniyanın nəticəsi kimi 40-dan çox ölkəni əhatə edən şəbəkə qurulub.
Sonda millət vəkili Türkiyənin də bu məsələdə Azərbaycanı dəstəklədiyini bildirib və qardaş ölkəyə təşəkkürünü çatdırıb.Yazını buradan da oxuya bilərsiniz: https://www.takvim.com.tr/Dunya/2013/02/28/12-kilometrelik-yoldaki-cesetler