Türkiyə bu gün AVRO-2024-də həlledici oyuna çıxır

İDMAN
12:01 26.06.2024
154
Türkiyə millisi bu gün Avropa Çempionatı turnirində qrupdakı son matçını keçirəcək.
 
AZXEBER.COM xəbər verir ki, Portuqaliyaya məğlub olan "Ay-ulduzlular" bu gün Bakı vaxtıylə saat 23:00-da Çexiya ilə üz-üzə gələcək.

Türkiyə millisi qrupu ikinci yerdə bitirərsə, növbəti mərhələdə D qrupunun lideri ilə qarşılaşacaq. 

Əgər milli ikinci pillədə qrupu başa vurarsa, Fransa və Niderland kimi komandaların olduğu qrupu lider tərk edən Avstriya ilə qarşılaşacaq.
 
Matç 2 iyulda Leypziqdə baş tutacaq.

Qeyd edək ki, "Ay-ulduzlular"ın Avro-2024 ilə vidalaşması üçün bir ssenari var.
 
Belə ki, Türkiyə Çexiyaya məğlub olmalı, Gürcüstan isə Portuqaliyaya qalib gəlməlidir.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR