Türkiyə çempionatı: İlin son derbisində 'Qalatasaray' qalib gəldi - VİDEO

İDMAN
08:28 17.12.2012
1263
Türkiyə Superliqasında ilin son derbi oyunu keçirilib.AZXEBER.COM-un məlumatına görə, "Qalatasaray" öz meydanında əzəli rəqibi "Fənərbağça"nı 2:1 hesabı ilə məğlub edib.Qarşılaşmada hesab 10-cu dəqiqədə açılıb. "Fənərbağça"nın oyunçusu Bəkir topu başı ilə öz qapısından keçirib.Hesabı 23-cü dəqiqədə Hasan Ali Kaldırım oldu bərabərləşdirib.36-cı dəqiqədə "Qalatasaray" hesabda yenidən irəli çıxıb. Cərimə meydançasının yaxınlığından vurulan cərimə zərbəsini Selçuk İnan ustalıqla yerinə yetirib - 2:1.Qarşılaşmanın 82-ci dəqiqəsində "Fənərbağça" meydanda azlında qalıb. Meireles ikinci sarı vərəqədən sonra meydandan qovulub.Beləliklə, "Qalatasaray" prinsipial oyunu qələbə ilə başa vurub.

OXŞAR XƏBƏRLƏR