Türkiyə də daxil olmaqla 5 ölkəyə istilərlə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Türkiyə də daxil olmaqla 5 ölkəyə istilərlə bağlı XƏBƏRDARLIQ EDİLDİ
DÜNYA
12:53 13.07.2023
707
Avropa və Şimali Afrikanı yandıran istilik dalğası bəzi yerlərdə rekord həddə çata bilər. Türkiyə rekord temperaturun müşahidə olunduğu ölkələr sırasındadır. 
  
Dantenin cəhənnəm görüntüsündə görünən üç başlı canavarın adı olan "Kerberos" İtalyan Meteorologiya Cəmiyyəti tərəfindən istilik dalğasına verilib. "Kerberos" isti dalğasının həddindən artıq temperatur gətirəcəyi gözlənilir.

AZXEBER.COM BBC-yə istinadən xəbər verir ki, İspaniya, Fransa, Yunanıstan, Xorvatiya və Türkiyədə temperatur 40 dərəcəni keçə bilər.

İtaliyada Florensiya və Roma da daxil olmaqla on şəhər üçün qırmızı təhlükə elan edilib.
 
Burada temperaturun 48.8 dərəcəyə çata biləcəyi təxmin edilir. Hətta ötən günlərdə ölkənin şimalında 40 yaşlarında bir kişi ölüb.
 
Ölkədə turistlərin də istidən huşunu itirdiyi barədə məlumatlar var.

Türkiyədə 12-18 iyul tarixləri üçün Meteorologiya Agentliyi xəbərdarlıq edib ki, "Mövsümi normalların cənub və qərb bölgələrində 5-10 dərəcə, digər bölgələrdə isə 2-6 dərəcə yüksək olacağı təxmin edilir".

İstanbulda bu gün və sabah 35-36 dərəcə isti olacağı gözlənildiyi halda, Çanaqqala, Balıkesir və İzmirdə 38-39 dərəcə isti olacağı təxmin edilir. Daxili Ege bölgəsində 40 dərəcəni keçəcəyi gözlənilən temperaturlara diqqətli olmaq lazımdır. Antalyada 43 dərəcə isti olacağı gözlənildiyi halda, Adanada və Aydında 44 dərəcəyə çatacağı proqnozlaşdırılır.
 
Qeyd edək ki, ötən il Avropada 60 min insanın isti dalğası ilə bağlı fəsadlar səbəbindən öldüyü təxmin edilir. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR