Türkiyə Əfqanıstandan 1400-dən çox şəxsi təxliyə etdi

Türkiyə Əfqanıstandan 1400-dən çox şəxsi təxliyə etdi
DÜNYA
21:24 24.08.2021
1048
Türkiyə bu günə qədər Əfqanıstandan təxliyə etdiyi vətəndaşlarının sayını açıqlayıb.
 
AZXEBER.COM "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında çıxışı zamanı bildirib.

"Bu günə qədər Əfqanıstandan 1404 nəfəri təxliyə etmişik. Bunlardan 1061-i bizim vətəndaşımız, digərlər isə fərqli ölkələrin vətəndaşlarıdır. Hazırda 200-dək geri dönmək istəyən vətəndaşımız var", - deyə Çavuşoğlu vurğulayıb.
OXŞAR XƏBƏRLƏR