Türkiyə “Ərəb baharı”na son qoyur – Tarixi barışıq ola bilər

Türkiyə “Ərəb baharı”na son qoyur – Tarixi barışıq ola bilər
DÜNYA
15:49 29.11.2022
300
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədlə görüşüb-görüşməyəcəyi barədə verilən sualı cavablandırarkən deyib ki, "siyasətdə küskünlük yoxdur. Əvvəl-axır bu istiqamətdə addımlar atacağıq. Prinsip etibarilə Ərdoğanın bu açıqlaması gözlənilən idi. Belə ki, BƏƏ, Səudiyyə Ərəbistanı və son olaraq Misir ilə münasibətlərin normallaşması istiqamətində konstruktiv addımların atılmasından sonra növbəti mərhələdə Suriya ilə də əlaqələrin qaydaya salınmasına dair cəhdlərin olacağı gözlənilirdi. Təsadüfi deyil ki, bir müddət öncə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkə münasibətlərinin normallaşması barədə danışarkən demişdi ki, "iki ölkənin xüsusi xidmət orqanları vasitəsilə danışıqlar başlanılıb”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında politoloq Turan Rzayev deyib.
 
Politoloq deyib ki, Ərdoğan 2023-cü il seçkilərindən öncə Suriya və digər dövlətlərlə münasibətlərin normallaşmasını istəyir:
 
"Aydın məsələdir ki, 2023-cü il seçkilərindən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan digər ölkələr kimi Suriya ilə də münasibətlərin normallaşmasını istəyir. Bu mənada Bəşər Əsədlə təmasların qurulması mümkündür. Hətta tərəflər arasında görüşün keçirilməsi də istisna deyil.
Mümkündür ki, Ərdoğan ilə Əsəd arasında ilkin olaraq telefon danışığı baş tutsun. Lakin bütün bunlar baş vermədən öncə Ərdoğan həm daxili auditoriyanı, həm də müxalifəti bu görüşə hazırlamalıdır".
 
Siyasi şərhçi əlavə edib ki, Türkiyə və Suriyanın münasibətlərinin qurulmasında ən çox maraqlı olan tərəf Rusiyadır:
 
"Suriya və Türkiyə liderlərinin bir araya gələrək mövcud problemləri həll edib, əvvəlki səviyyədə təmaslar qurmasında ən çox maraqlı olan tərəf, şübhəsiz, Rusiyadır. Kreml bu günə qədər bir neçə dəfə tərəfləri ortaq məxrəcə gətirməyə səy göstərib. Sonuncu belə təşəbbüs isə Putin tərəfindən Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçirilən sammitində baş tutdu. Belə ki, Kreml rəhbəri sammitdə hər iki ölkə başçısını çağırsa da, Əsəd görüşdə iştirak etmədi. Kreml sözçüsü Dmitri Peskov isə bir neçə gün öncə bildirdi ki, Türkiyə və Suriya prezidentləri nəzəri olaraq Rusiyada görüşə bilərlər, lakin bununla bağlı razılaşma yoxdur. Ehtimal ki, tərəflər bir araya gəlsə, bu, Moskvada və ya Soçidə baş tutacaq görüşdə ola bilər. 
Antiterror əməliyyatları normallaşma prosesini baltalaya bilər?".
 
Politoloq sonda bildirib ki, rəsmi Ankaranın beynəlxalq hüquqa əsasən, Suriya və İraqda antiterror əməliyyatı keçirməsi gözləniləndir:

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında keçirməsi ehtimal olunan quru əməliyyatları bu sualı aktuallaşdırır. Əvvəla, onu qeyd edim ki, Türkiyənin ilk hədəfinin Ayn Əl-Ərəb, Menbiç və Tel-Rıfat olacağı gözlənilir. Əsəd rejimi isə hazırda bu bölgələrə nəzarət edə bilmir. Etsəydi, Türkiyənin müdaxiləsinə ehtiyac yaranmazdı. Rəsmi Ankara beynəlxalq hüquqa əsasən bu bölgələrdə antiterror əməliyyatı həyata keçirə bilər. 
Türkiyənin məqsədi Suriya ərazilərini ilhaq etmək deyil. Türk ordusu 30 km-lik təhlükəsizlik xətti yaradıb, terror şəbəkələrini məhv etdikdən sonra Suriyanı tərk edəcək. Yəni antiterror əməliyyatları iki ölkə münasibətlərinin normallaşmasına mane olmadığı kimi, fayda belə verə bilər.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
13:19 15.07.2026
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
13:06 15.07.2026
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
13:01 15.07.2026
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
12:59 15.07.2026
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
162 saylı avtobusundan narazılıq: "Kondisionerlər işləmir, nəfəs almaq olmur" - VİDEO
12:53 15.07.2026
162 saylı avtobusundan narazılıq: "Kondisionerlər işləmir, nəfəs almaq olmur" - VİDEO
“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini təqdim edib
12:42 15.07.2026
“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini təqdim edib
Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
12:15 15.07.2026
Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
Sevgi ilə emosional asılılığı necə ayırd etmək olar?
12:14 15.07.2026
Sevgi ilə emosional asılılığı necə ayırd etmək olar?
İran rəsmisi: ABŞ-ın hücumları onlarla mülki şəxsin ölümünə səbəb oldu
12:04 15.07.2026
İran rəsmisi: ABŞ-ın hücumları onlarla mülki şəxsin ölümünə səbəb oldu
"Yaşıl Cümə" ilə yay alış-verişi başlayır!
11:48 15.07.2026
"Yaşıl Cümə" ilə yay alış-verişi başlayır!
Bu gündən yeni 100 manatlıq əsginas dövriyyəyə buraxılır
11:43 15.07.2026
Bu gündən yeni 100 manatlıq əsginas dövriyyəyə buraxılır
Ukrayna Qara dənizdə Rusiyanın 20 gəmisinə zərbə endirdi
11:40 15.07.2026
Ukrayna Qara dənizdə Rusiyanın 20 gəmisinə zərbə endirdi
Azərbaycanlı model xərçəngdən vəfat etdi - VİDEO
11:35 15.07.2026
Azərbaycanlı model xərçəngdən vəfat etdi - VİDEO
Televiziya, yoxsa sosial media? – Deputat seçimindən danışdı
11:32 15.07.2026
Televiziya, yoxsa sosial media? – Deputat seçimindən danışdı
Ağcaqanad mənşəli təhlükəli virus yayılır - ÜST-dən xəbərdarlıq
11:16 15.07.2026
Ağcaqanad mənşəli təhlükəli virus yayılır - ÜST-dən xəbərdarlıq
Baş nazir Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verdi
11:10 15.07.2026
Baş nazir Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verdi