Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu barədə ölkə parlamentinin Xarici Siyasət Komissiyasında keçirdiyi brifinqdə danışıb.
AZXEBER.COM www2.cafesiyaset.com saytına istinadən xəbər verir ki, Ə.Davudoğlu sərhədlərin açılması üçün Ermənistanın Qarabağın işğalına son qoymalı olduğunu deyib:
“2015-ci illə bağlı çalışmalarımız da sürətlə davam edir. Bizim tələbimiz Ermənistanın Qarabağdan çəkilməsidir.Əgər bu baş verərsə, o zaman həm sərhədlər, həm də dəmir yolu açılar və əlaqələr genişlənər. Amma bunu Azərbaycanla birgə etmək istəyirik”.Qeyd olunur ki, Ə.Davudoğlu bu mövzuda Türkiyənin İğdır bölgəsindən seçilmiş əslən azərbaycanlı olan deputat Sinan Oğanın sorğusu əsasında fikir bildirib.S.Oğan Türkiyə-Ermənistan sərhədinin İğdır hissəsində keçid məntəqəsi ilə dəmir yolunda müəyyən iş hazırlıqlarının olduğunu deyərək, nazirə sərhədlərin açılmasına hazırlıq gedib-getmədiyinə dair sual ünvanlayıb.Ə.Davudoğlu, qeyd olunan iş hazırlıqlarını təsdiqləyərək, “Bizim belə bir çalışmamız var. Azərbaycanı inandıra bilsək, bir sürpriz edə bilərik”, - deyib.