Türkiyə əsilli televiziya ulduzu BAFTA mərasimindən qovuldu

Türkiyə əsilli televiziya ulduzu BAFTA mərasimindən qovuldu
MAQAZİN
14:14 13.05.2025
314
"Sevgi Adası” verilişinin tanınmış siması Ekin-Su Cülcüloğlu BAFTA mükafatlandırma mərasimindən sonra keçirilən rəsmi şam yeməyi və qonaqlıqdan kənarlaşdırılıb. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı ulduz Londonda keçirilən mərasimə tədbirin sponsoru P&O Cruises tərəfindən dəvət olunub. 

Lakin o, mərasimdən sonrakı eksklüziv şam yeməyinə rəsmi olaraq dəvət edilməyib. Buna baxmayaraq, Ekin-Su şənliyə daxil olmağa cəhd göstərib.
 
Bir çox məşhurların da iştirak etdiyi bu xüsusi qonaqlıqda Ekin-Su oturacaq tapa bilmədiyi üçün məkanı dolaşmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, nümayəndələri də aktrisanın rəsmi şam yeməyinə dəvət edilmədiyini təsdiqləyiblər.
 
Gülşad
OXŞAR XƏBƏRLƏR