Türkiyə Futbol Federasiyası Bakını yox, bu şəhəri seçdi

İDMAN
13:00 21.10.2023
250
Türkiyə Superliqasının son çempionu "Qalatasaray” və kubokun qalibi "Fənərbaxça” arasında TFF Superkubokunun final matçının Səudiyyə Ərəbistanında oynanılacağı açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, məlumatı Türkiyə Futbol Federasiyası (TFF) yayıb.

Bildirilib ki, oyun dekabrın 30-u, Bakı vaxtı ilə saat 21:00-da Əl-Riyadda başlanacaq.

Qeyd edək ki, bir müddət öncə görüşün Bakıda təşkil ediləcəyi ilə bağlı iddialar var idi.
Lakin TFF prezidenti Mehmet Büyükekşi son açıqlamasında Səudiyyə Ərəbistanı variantının daha qazanclı olduğunu bildirmişdi.
OXŞAR XƏBƏRLƏR