Türkiyə Futbol Federasiyası Merihlə bağlı xəbəri təkzib etdi

İDMAN
23:27 04.07.2024
340
Tütkiyə Futbol Federasiyası Almaniyanın "Bild" nəşrinin Merih Demiralla bağlı xəbərini təkzib edib. 

AZXEBER.COM xəbər verir ki, "Bild” nəşri UEFA-nın Merih Demirala 2 oyunluq cəza verdiyini yazıb.

Türkiyə Futbol Federasiyası isə "Bild"in bu xəbərini təkzib edib. 

Federasiyadan bildirilib ki, Merihin müdafiəsi davam edir və yekun qərar sabah veriləcək, yayılan xəbər həqiqəti əks etdirmir:

"Bild qəzetinin mənbəyə istinadən verdiyi məlumata görə, "Merih Demiral UEFA tərəfindən 2 oyunluq diskvalifikasiya edilib” kimi yayımlanan xəbər həqiqəti əks etdirmir.

"Özümüzü müdafiə etmək üçün sabah səhərə qədər vaxtımız var”.

Xatırladaq ki, Avropa çempionatının 1/4 mərhələsində Türkiyə Avstriya ilə qarşılaşıb. Matçda dubl edən Merih Demiral sevincini "Bozqurd" işarəsi ilə qeyd edib. Daha sonra buna görə UEFA araşdırma başladıb.

OXŞAR XƏBƏRLƏR