Türkiyə Futbol Federasiyası qərarını verdi

İDMAN
15:53 05.07.2013
1442

Türkiyə Futbol Federasiyası legioner limiti ilə bağlı iclas keçirib.

AZXEBER.COM-un məlumatına görə, iclasdan sonra TFF yekun qərarını açıqlayıb.

Federasiya legioner limitinin “6+0+4” olmasına qərar verib. Yəni TFF-nin bayrağı altında keçirilən yarışlarda hər bir komandanın heyətində 10 legioner yer ala bilər və hər oyunda onlardan yalnız 6-sı iştirak ərizəsinə salına bilər.

Qeyd edək ki, TFF bu qərarı bir neçə ay əvvəl versə də, klublar buna etiraz edərək “6+2+2” modelinin qəbul edilməsi üçün TFF-yə müraciət etmişdi.

OXŞAR XƏBƏRLƏR