1996/97-ci ildən bəri UEFA Çempionlar Liqasının qrup mərhələsində ən azı 1 türk komandasının mübarizə aparması seriyası başa çatıb.
AZXEBER.COM xəbər verir ki, Fənərbaxça"nın atdınca "Trabzonspor" da UEFA Çempionlar Liqası ilə vidalaşıb.
"Trabzonspor” pley-off mərhələsində "Kopenhagen”ə məğlub olub. İlk matçda 1:2 uduzan klub öz meydanında hesabı aça bilməyib və oyun 0:0 bitib.
Beləliklə, Türkiyə klubları 26 il sonra ilk dəfə ÇL-dan kənar qalıb.