Türkiyə futbolunun taleyi həll olunur: UEFA qərarını verdi

İDMAN
11:45 25.06.2013
1882

İstanbulun “Fənərbaxça” və “Beşiktaş” klublarının oyun alqı-satqısında iştirak etməsi ilə bağlı araşdırma aparan UEFA adıçəkilən klublarla bağlı qərarını verib.

AZXEBER.COM-un məlumatına görə, ali futbol qurumu qərarını ictimaiyyətə bu gün açıqlayacaq.

Qeyd edək ki, cəza veriləcəyi halda “Fənərbaxça”nın 2 il, “Beşiktaş”ın isə 1 il müddətinə avrokuboklardan uzaqlaşdırılması gözlənilir.

OXŞAR XƏBƏRLƏR