Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib
SOSİAL
17:16 29.11.2017
895
Noyabrın 29-da Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, səfər çərçivəsində ordu generalı H.Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Səfər dekabrın 1-dək davam edəcək.
OXŞAR XƏBƏRLƏR