Türkiyə himninə hörmətsizlik edən erməni hakim belə cəzalandırıldı - VİDEO

Türkiyə himninə hörmətsizlik edən erməni hakim belə cəzalandırıldı - VİDEO
DÜNYA
11:47 06.07.2023
956
Kişinyovda keçirilən ağır atletika üzrə 15 yaşadək futbolçular arasında Avropa çempionatında erməni hakim Nazik Avdalyan Türkiyənin Dövlət Himninə hörmətsizlik etdiyi üçün cəzalandırılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, digər tərəfdən Türkiyə çempionatda medal ardınca medal qazanır.

Belə ki, Kişinyovda keçirilən çempionatda medalların təqdim edilməsi mərasimində Türkiyənin İstiqlal Marşı oxunarkən zaldakı hər kəs hörmət əlaməti olaraq ayağa qalxıb. Lakin erməni hakim Nazik Avdalyan himni qulaqardına vurub və telefonuna baxıb.

Avdalyanın hörmətsizliyi çempionat rəsmiləri tərəfindən birmənalı qarşılanmayıb. Erməni hakim baş hakimlik vəzifəsindən kənarlaşdırılıb və onun vəzifəsi ehtiyat hakimə həvalə edilib.

Qeyd edək ki, Türkiyə idmançıları Moldovanın paytaxtı Kişinyovda təşkil olunan 2023-cü il U15 və yeniyetmələr arasında Avropa çempionatında medal qazanmağa davam edir. Çempionatın dördüncü günündə Qadın Ulduzlarda 40 kq-da mübarizə aparan Yağmur Mələk Şahin ağırlıq qaldırmada 56 kq, təkanla qaldırmada 71 kq və cəmi 127 kq nəticə ilə 3 qızıl medal qazanaraq Avropa çempionu olub.
 
İdmançı təkanla qaldırmada 71 kiloqram çəki qaldıraraq U-15 Avropa Rekordunun yeni sahibi olub.

Mikayıl
 


OXŞAR XƏBƏRLƏR