Türkiyə ilə Avropa İttifaqı arasında vizasız rejim haqqında saziş imzalanıb

DÜNYA
14:50 16.12.2013
1109

Türkiyə vətəndaşlarını Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız gedişlərinin təmin olunması istiqamətində mühüm addım atılıb.

AZXEBER.COM haber3.com piortalına istinadən xəbər verir ki, Türkiyə ilə Aİ arasında müvafiq saziş Ankarada təşkil olunan xüsusi mərasimdə ölkənin xarici işlər naziri Əhməd Davudioğlu və Aİ-nin daxili şilər üzrə komissarı Sesiliya Malmström tərəfindən imzalanıb.Sazişin imzalanmasından sonra çıxış edən Ə.Davudoğlu Türkiyənin tarixi və coğrafi baxımdan, Avropanın bir parçası olduğunu vurğulayaraq, “Tarixi bir nöqtəyə yetişdik. Anlaşmanın Türkiyə və Avropa İttifaqına xeyirli olmasını, xalqlarımızın inteqrasiyasına vəsilə olmasını diləyirəm” deyib.Mərasimdə iştirak və çıxış edən Türkiyəınin baş naziri Rəcəb Tayyib Ərdoğan da məlum prosesə dəstək olan hər kəsə minnətdarlığını bildirərək, sazişi çox yüksək qiymətləndirib.Sazişə əsasən, Türkiyə vətəndaşları yalnız 3,5 ildən - sənəddən irəli gələn bir sıra prosedurların icrasından sonra Aİ-yə vizasız səfər edə biləcəklər.

OXŞAR XƏBƏRLƏR