Türkiyə ilə Azərbaycan arasında saat fərqi yenidən artacaq

Türkiyə ilə Azərbaycan arasında saat fərqi yenidən artacaq
SOSİAL
16:12 28.10.2017
1426
Türkiyə 2018-ci ildə yenidən qış vaxtına keçidi tətbiq etməyə başlayacaq.
 
AZXEBER.COM  verir ki, bu barədə qərar "Resmi Gazete”də yayımlanıb.
 
Məlumata görə, 2018-ci il oktyabrın 28-i saat 04:00-da, bazar günü saatın kiçik əqrəbi bir saat geri çəkiləcək.
 
Beləliklə də, düz bir ildən sonra Bakı vaxtı ilə Türkiyə vaxtı arasındakı fərq yenidən 2 saat olacaq.
 
Qeyd edək ki, 8 sentyabr 2016-cı ildə Türkiyədə qış vaxtına keçiddən imtina edilmiş və daimi olaraq yay vaxtının tətbiq olunacağı barədə qərar verilmişdi.
 
qafqazinfo
OXŞAR XƏBƏRLƏR