Türkiyə ilə İran arasında dönüş nöqtəsi

DÜNYA
23:30 29.01.2014
1132
İranda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu ölkənin prezidentinin birinci müşaviri İshak Cahangirlə görüşüb. 
Görüşdən sonra birgə mətbuat konfransında danışan Rəcəb Tayyib Ərdoğan 2012-ci ilin Türkiyə ilə İran arasında ticari baxımdan çox uğurlu bir il olduğunu deyib. Ərdoğan 2015-ci ilin sonuna kimi Türkiyə ilə İran arasında ticarət dövriyyəsinin ildə 30 milyard dollar olacağına ümid etdiklərini də vurğulayıb. 
Türkiyənin baş naziri İranla münasibətlərdə neftlə yanaşı, təbii qaz idxalının da əsas strateji məhsul olduğunu deyib. İran prezidentinin birinci müşaviri İshak Cahangir isə Ərdoğanın səfərini iki ölkə arasında dönüş nöqtəsi adlandırıb. 
Görüş zamanı ticarət, turizm və energetika sahələrində bir sıra sazişlər imzalanıb.
OXŞAR XƏBƏRLƏR