Türkiyə İran və ABŞ arasında mesajların çatdırılmasına vasitəçilik edir

Türkiyə İran və ABŞ arasında mesajların çatdırılmasına vasitəçilik edir
DÜNYA
15:34 25.03.2026
157
Türkiyə İran və ABŞ arasında gərginliyin azaldılması və birbaşa danışıqların təşviqi üçün mesajların ötürülməsində vasitəçi rol oynayır.

"Reuters" xəbər verir ki, bunu Türkiyə hakim partiyasının xarici əlaqələr üzrə sədr müavini Harun Armağan bildirib.

O, mesajların məzmunu barədə ətraflı açıqlama verməyib, lakin qeyd edib ki, bu mesajlar Körfəz ölkələrinə də çatdırılır. Bu ölkələr ABŞ-ın və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar nəticəsində genişlənən regional münaqişəyə cəlb olunublar.
OXŞAR XƏBƏRLƏR