Türkiyə İŞİD üzvünü Böyük Britaniyaya deportasiya edəcək

Türkiyə İŞİD üzvünü Böyük Britaniyaya deportasiya edəcək
DÜNYA
20:27 30.06.2022
323
Türkiyə İŞİD-in "Beatles" adlı edam qruplaşmasının üzvü olduğu iddia edilən Eyn Devis adlı şəxsin bir neçə gün ərzində Böyük Britaniyaya deportasiya edəcək.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Middle East Eye” nəşri məlumat əldə edib.

Qeyd olunub ki, əslən Londondan olan Eyn Devis 2015-ci ilin noyabrında İstanbulda Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduqdan sonra 7 il yarım müddətinə azadlıqdan məhrum edilib.

O, hazırda Ankaranın Sincan həbsxanasında saxlanılır, lakin artıq sərbəst buraxılmalı və iyulun 9-da Böyük Britaniyaya deportasiya edilməlidir.

Devislə eyni vaxtda həbs edilmiş və məhkum edilmiş digər iki nəfər isə artıq sərbəst buraxılıb.
OXŞAR XƏBƏRLƏR