İslandiya-Türkiyə matçı təxirə salına bilər - SƏBƏB

İDMAN
11:23 14.10.2024
350
UEFA Millətlər Liqasında bu axşam keçiriləcək İslandiya-Türkiyə oyunu soyuq hava və İslandiyanın "Lauqardalsvöllur" stadionundakı şaxtaya görə təxirə salına bilər.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən bildirir ki, iki ölkənin milli komandaları meydandakı soyuq hava şəraiti ilə əlaqədar olaraq məşqini qapalı futbol stadionu "Midqardur"da həyata keçirib.
 
UEFA müfəttişləri İslandiya və Türkiyə Futbol Federasiyalarının nümayəndələri ilə görüş keçirəcək və oyunun sabahkı tarixə keçirilməsi müzakirə olunacaq.

Aysel

OXŞAR XƏBƏRLƏR