Türkiyə İsraili Məscidül-Əqsaya etdiyi hücuma görə qınayıb

Türkiyə İsraili Məscidül-Əqsaya etdiyi hücuma görə qınayıb
DÜNYA
13:46 27.07.2023
176
"İsrail Milli Təhlükəsizlik Nazirinin radikal məskunlaşmaçılarla və təhlükəsizlik qüvvələrinin himayəsi altında Məscidül-Əqsaya təşkil etdiyi təxribatçı basqını şiddətlə qınayırıq".
 
AZXEBER.COM xəbər verir ki, bu fikirlər Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir.
 
Açıqlamada bildirilib ki, Türkiyə Məscidül-Əqsanın müqəddəsliyini və tarixi statusunu pozan bu təxribatlara yol verilməməsi və gərginliyin artmasın deyə İsrail hakimiyyətini lazımi tədbirləri ciddi görməyə dəvət edir.

Qeyd edək ki, İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və yüzlərlə fanatik yəhudi mühacirlər İsrail polisinin nəzarəti altında işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın ediblər.
 
Ben-Gvir sosial media hesabında "Bu, İsrail xalqı üçün geri qayıtmalı və suverenliyimizi göstərməli olduğumuz ən vacib məkandır", - deyib.
 
Mikayıl
 

OXŞAR XƏBƏRLƏR