Ankara, Stokholm və NATO nümayəndələri Vilnüsdə keçiriləcək sammit öncəsi İsveçin alyansa qəbulu məsələsi ilə bağlı Brüsseldə planlaşdırılmamış görüş keçirəcəklər.
Bu barədə bazar ertəsi NATO-nun baş katibi Yens Stoltenberq Litvanın paytaxtında iyulun 11-12-də keçiriləcək sammitə hazırlıqla bağlı keçirdiyi mətbuat konfransında bildirib.
"Biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla razılaşdıq və Vilnüs sammitindən əvvəl Brüsseldə İsveçlə görüş keçirməyi qərara aldıq”, - Y.Stoltenberq bəyan edib.