Türkiyə İsveçin NATO-ya girməsini istəmir: Ankaraya nümayəndə heyəti göndəriləcək

Türkiyə İsveçin NATO-ya girməsini istəmir: Ankaraya nümayəndə heyəti göndəriləcək
DÜNYA
14:08 16.05.2022
543
İsveç NATO danışıqları üçün Türkiyəyə nümayəndə heyəti göndərəcək.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsveç hökuməti NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün Türkiyəyə diplomatlardan ibarət nümayəndə heyəti göndərmək qərarına gəlib.
 
İsveçin xarici işlər naziri Ann Linde hakim Sosial Demokrat Partiyasının ölkənin NATO-ya üzvlük üçün müraciət etmək qərarını qiymətləndirmək üçün çox yaxın vaxtlarda Ankaraya nümayəndə heyətinin göndəriləcəyini bildirib.
 
Digər tərəfdən Almaniyanın paytaxtı Berlində keçirilən NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısında Linde ilə görüşən xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın terror təşkilatı PKK/YPG-ni açıq şəkildə dəstəklədiyini vurğulayıb: "Bütün xəbərdarlıqlarımıza baxmayaraq, müttəfiq olacaq bir ölkə hər gün bizə hücum edən, əsgərimizi, polisimizi və mülki vətəndaşlarımızı şəhid edən terror təşkilatı PKK/YPG-yə dəstək verməməlidir".
 
Ayşən
OXŞAR XƏBƏRLƏR