Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Misirə gedir

Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Misirə gedir
DÜNYA
20:58 07.10.2025
144
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın 8 oktyabr tarixində Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Qəzza atəşkəs danışıqlarında iştirak edəcək.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, danışıqlarda əsas mövzular Qəzzada atəşkəsin təmin olunması, girov, məhbus mübadiləsi mexanizmləri və humanitar yardımların fasiləsiz çatdırılması olacaq.

Qeyd edək ki, İbrahim Kalın görüşlərdən əvvəl ABŞ, Misir, Qətər və HAMAS rəsmiləri ilə ikitərəfli görüşlər keçirib.
OXŞAR XƏBƏRLƏR