Türkiyənin "Kayserispor" klubu baş məşqçi Hikmet Karamanla yollarını ayırıb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Hikmet Karaman 2021-ci ildən komandaya rəhbərlik edib. Kayseri təmsilçisi mövsümü 47 xalla 14-cü pillədə başa vurub.