Türkiyənin I liqasında çıxış edən "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun keçidini açıqlayıb.
Bursa təmsilçisi bununla bağlı rəsmi tvitter səhifəsində video paylaşıb.
"Neftçi"dən ayrılan 26 yaşlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Namiq Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edirdi. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.