"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər.
AZXEBER.COM matc.az-a istinadən xəbər verir ki, "Fənərbağça" növbəti dəfə onu heyətinə qatmaq fikrinə düşüb.
"Sarı-lacivərdlilər" Almaniya millisinin sabiq üzvünü yanvarda icarəyə götürmək niyyətindədi. Bununla bağlı klublar arasında danışıqlara start verilib. Əvvəllər "Liverpul" və "Tottenhem"də çalışmış "Fənərbağça"nın idman direktoru Damyen Komolli hazırda danışıqlar aparır. Bu həftə ərzində razılığın əldə olunması istisna edilmir.
Qeyd edək ki, Məsut Özilin "Arsenal"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.