Türkiyə konsulluğuna hücum edildi - Fransada

DÜNYA
12:54 23.04.2016
1317
Türkiyənin Fransadakı konsulluğuna hücum edilib.
Hadisə ötən gün axşam saatlarında baş verib. Məlumata görə, Türkiyənin Marseldəki konsulluğuna 2 şəxs tərəfindən “molotov kokteylləri” atılıb.
“Molotov kokteylləri”ndən birinin Türkiyə bayrağının dirəyinə dəydiyi və bayrağın bir hissəsinin yandığı bildirilir.
Hücumu təşkil edən şəxslər dərhal hadisə yerindən uzaqlaşıblar.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR