Türkiyə kuboku: Bütün yarımfinalçılar müəyyənləşdi

Türkiyə kuboku: Bütün yarımfinalçılar müəyyənləşdi
İDMAN
14:22 07.04.2017
1122
Türkiyə kubokunda bütün yarımfinalçıların adlarına aydınlıq gəlib.
 
AZXEBER.COM-un məlumatına görə, son vəsiqə uğrunda Super Liqa təmsilçisi "Konyaspor”la birinci liqada mübarizə aparan "Sivasspor” qarşılaşıb. Görüş Konya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında Sivasda baş tutmuş ilk oyunda qolsuz bərabərlik qeydə alındığına görə, "Konyaspor” final uğrunda mübarizəyə qoşulacaq.
 
Qeyd edək ki, daha əvvəl "Fənərbaxça”, "Başakşəhər” və "Kasımpaşa” yarımfinala vəsiqə qazanmışdı. Final uğrunda "Fənər” "Başakşəhər”lə, "Konyaspor” isə "Kasımpaşa” ilə qarşılaşacaq.
OXŞAR XƏBƏRLƏR