Türkiyə Kuboku: “Qalatasaray” çətin qələbə qazanıb

Türkiyə Kuboku: “Qalatasaray” çətin qələbə qazanıb
İDMAN
23:44 18.12.2025
175
Türkiyə Kubokunun A qrupunda növbəti qarşılaşma baş tutub.

AZXEBER.COM xəbər verir ki, "Qalatasaray” doğma meydanda "Başakşəhər”i qəbul edib.

Gərgin mübarizə şəraitində keçən oyunun taleyini bir qol həll edib. Ahmet Kutucunun 22-ci dəqiqədə vurduğu qolla "sarı-qırmızılılar” 1:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, "Qalatasaray” qrupda növbəti oyununu səfərdə "Fethiyespor”a qarşı keçirəcək.
OXŞAR XƏBƏRLƏR