Yunanıstan sahillərində silah-sursatla dolu gəmi saxlanılıb. AZXƏBƏR.COM-un xarici mətbuata istinadla verdiyi məlumata görə, gəmi Türkiyə sahillərindən Liviya istiqamətində hərəkət edirmiş. Gəmi Yunanıstanın Krit adası yaxınlığında saxlanılıb. Gəmiyə baxış zamanı hüquq - mühafizə orqanlarının əməkdaşları böyük həcmdə müxtəlif silah - sursat partiyası aşkar ediblər. Yük gəmisi Boliviya bayrağı altında üzüb və onun göyərtəsində Misir və Suriya vətəndaşları olub. “Həddad-1”“Həddad-1” markalı yük gəmisində 7 nəfər ekipaj üzvü olub. Gəmi göyərtəsindəki yükü Türkiyənin İsgəndarun limanından Liviyanın Misrata limanına apardığı bildirilir. Hazırda gəmidə olan silahların kimə və hansı terror qruplaşmasına göndərildiyi araşdırılır. Ümumiyyətlə son vaxtlar Aralıq dənizi sahilləri silah və insan alverçilərinin daha çox cəmləşdiyi regiona çevrilib. Yaxın Şərqda və Şimali Afrikada həm baş verən silahlı qarşıdurmalardan qaçan insanlar həm də qarşıdurmaları yaradan terror təşkilatlarına və siyasi qruplara silah satmaq istəyən mafiyalar öz niyyətlərini Aralıq dənizi vasitəsi ilə həyata keçirirlər.


