Türkiyə məktəblərində ənənəvi tədris bərpa olunur

Türkiyə məktəblərində ənənəvi tədris bərpa olunur
DÜNYA
13:11 28.08.2021
1723
"Məktəbləri açıq saxlamaq prioritetdir”.

Bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer söyləyib.

Onun sözlərinə görə, 2021-2022 tədris ili üzrə bütün səviyyə və siniflərdə məktəblər 6 sentyabr tarixində ənənəvi qaydada tədrislə açılacaq.

Nazir bildirib ki, COVID-19 pandemiyası ilə bağlı Səhiyyə Nazirliyi ilə birgə bütün tədbirlər görülüb.

"Müəllimlərə lazımi tədbirlərlə bağlı seminarlar veriləcək. Hazırda məktəbləri açıq saxlamaq bizim prioritetimizdir. Şagirdlərimizi qorumalıyıq”, - o qeyd edib.

M.Özer məktəblilərə PCR test və vaksinlənmə ilə bağlı məcburiyyət olmadığını vurğulayıb.
OXŞAR XƏBƏRLƏR