"Daş yuxular" romanı ilə qalmaqala səbəb olmuş yazıçı Əkrəm Əylislinin mövqeyi qardaş Türkiyə mətbuatının da qınağına səbəb olub.
AZXEBER.COM xəbər verir ki, Türiyyənin "Milliyyet" qəzətində "Orxan Pamuk kimi Nobel almaq istəyən" başlıqlı məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, Ə.Əylislinin hətta 1915-ci il hadisələrinə birtərəfli baxmağı və Xocalı soyqırımı haqda bir cümlə də işlətməməsi təəssuf doğurur.
Məqalədə daha çox diqqət yetirilən məqam isə əsərin əsas məzmununun "ermənilərin başına açdıqları oyun üçün müsəlmanlar Allahdan əfv diləməlidirlər" sözləri ilə tamamlanmasıdır. “Milliyət” qəzeti Ə.Əylislinin mövqeyini sərt şəkildə qınayb və onun da Orxan Pamuk yolu tuması qənaətinə gəlib.Bundan başqa ensonhaber.com saytında da Əkrəm Əylisini ifşa edən yazı dərc edilib.