“Doğuşun həyat yoldaşı hamilədir?”.
Türkiyə mətbuatı azərbaycanlı telejurnalist Xoşqədəm Hidayətqızı və türkiyəli həyat yoldaşı, müğənni Doğuşdan yazıb.
Oxu.Az xəbər verir ki, məqalədə deyilir:
“Doğuşun keçən il həyatını birləşdirdiyi Azərbaycanın Müge Anlısı olaraq tanınan Xoşqədəm Baxşəliyevanın dünən səhər sosial şəbəkədəki hesabından paylaşdığı mesaj uşaqgözlədiyi şərhlərinə səbəb olub.
Doğuşun 1 il əvvəl evlilik təklif etdiyini yazdığı günün səhərində həyat yoldaşı “Dostlar 2 gündür özümü pis his edirdim. Bu gün hər şey dəyişdi. Aldığım xəbərin sevinci məni xoşbəxt etdi” ilə şəkil paylaşıb”.
Qeyd edək ki, ANS kanalında yayımlanan “Xoşqədəmlə axtarıram səni” verilişində Doğuş“Çox çətin bir dövr keçirdik. Özəl məsələni sizinlə bölüşmək istəyirəm. Bilirəm ki, həyat yoldaşım yenə də kədərlənəcək, amma söyləmək istəyirəm. Biz uşağımızı itirdik” demişdi.