Yerli mətbuat Türkiyədə təlim-məşq toplanışı keçən “Qarabağ” futbol klubuna diqqət ayırıb.
AZXEBER.COM-un məlumatına görə, “Cihan” İnformasiya Agentliyi hazırda Antalyanın Belek ərazisindəki “İC Otel”də məskunlaşmış “Qarabağ”ın məşqindən reportaj yayımlayıb.Klubun məşqini işıqlandıran “Cihan” İA-nın müxbiri klubun hazırlığı ilə bağlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun fikirlərinə də yer verib.Q.Qurbanov təlim-məşq toplanışının normal keçdiyini, çempionatın ikinci dövrəsininin oyunlarına yüksək səviyyədə hazırlaşmaq üçün xüsusi plan üzrə çalışdıqlarını bildirib. Baş məşqçi “Qarabağ”ın Antalyanı fevralın 3-də tərk edəcəyini deyib.