Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin həlak olduğunu təsdiqlədi - FOTOLAR

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin həlak olduğunu təsdiqlədi - FOTOLAR
DÜNYA
08:59 12.11.2025
118
Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstanda C-130 nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçinin həlak olduğunu təsdiqləyib.

Bu barədə AZXEBER.COM nazirliyin yaydığı bəyanata istinadən xəbər verir.

"Qəhrəman döyüş yoldaşlarımız 2025-ci il noyabrın 11-də Azərbaycandan ölkəmizə uçan C-130 hərbi yük təyyarəmizin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində şəhid olub. Şəhidlərimizin ailələrinə və xalqımıza öz adımdan və Milli Müdafiə Nazirliyinin üzvləri adından başsağlığı verir, Allahdan rəhmət diləyirəm.", – deyə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

Bundan başqa nazirlik şəhid hərbçilərin ad və soyadlarını da açıqlayıb.

Gökhan Korkmaz – Pilot

Serdar Uslu – Zabit

Nihat İlgen – Zabit

Cüneyt Kandemir – Zabit

Emre Mercan – Baş Leytenant

Nuri Özcan – Baş Çavuş

Ümit İnce – Zabit

Burak Özkan – Zabit

Emrah Kuran – Zabit

Hamdi Armağan Kaplan – Zabit

Akın Karakuş – Zabit

İlker Aykut – Baş Qərargah rəisi

Ramazan Yağız – Zabit

Emre Altiok – Zabit

Burak İbbiği – Zabit

İlhan Ongan – Baş Çavuş

Berkay Karaca – Zabit

Ahmet Yaşar Kuyucu – Zabit

Cem Dolapcı – Zabit

Emre Sayın – Zabit.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR