AVRO-2024-ün F qrupunun son oyununda Türkiyə millisi Çexiya ilə üz-üzə gəlib. Hamburqda oynanılan matçda qələbə qazanan Türkiyənin turnirdən qazanacağı pul mükafatına aydınlıq gəlib.
Türkiyə AVRO-2024-də iştirak haqqı olaraq 9 milyon 250 min avro gəlir əldə edib.
Həmçinin Avropa çempionatının qrup mərhələsində qazanılan oyunlara görə 1 milyon avro mükafat verilib. Gürcüstan və Çexiyanı məğlub edən milliyə bu çıxışı ilə daha 2 milyon avro qazanıb.
Futbol üzrə Türkiyə milli komandası 1 milyon 500 min avroluq 1/16-ə yüksəlməklə bağlı verilən mükafatı da öz seyfinə qoyub.
Beləliklə Türkiyənin A millisi bu performansla 13 milyon 750 min avro pul mükafatı qazanıb.
- İştirak haqqı: 9 milyon 250 min avro
- Qələbə bonusu: 2 milyon avro
- Son 1/16 mərhələyə yüksəlmək mükafatı: 1 milyon 500 min avro