Bu gün "DÇ-2014"ün seçmə mərhələsinin oyunlarına start veriləcək.
AZXEBER.COM-un məlumatına görə, bu axşam millimizin qrupu ilə yanaşı, digər qruplarda dailk görüşlər keçirələcək.
Azərbaycan futbolsevərlərinin diqqəti bu axşam Hollandiyaya yönələcək. Burada Türkiyə millisi Hollandiyanın qonağı olacaq. "Ay ulduzlu" komanda səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq.
Bu axşam keçiriləcək Hollandiya - Türkiyə oyun ilə yanaşı, Bolqarıstan - İtaliya və Finlandiya - Fransa görüşləri də böyük maraq doğurur.