Türkiyə millisində şok itki: O da AVRO-2020-ni buraxacaq

Türkiyə millisində şok itki: O da AVRO-2020-ni buraxacaq
İDMAN
13:27 04.03.2020
4308

İngiltərənin "Kristal Pelas” klubu ciddi itkiylə üzləşib.


AzxeberSport xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Cenk Tosun zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Xəbərdə, 28 yaşlı futbolçunun 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Tosun AVRO-2020-nin əsas mərhələsində Türkiyə yığmasına kömək edə bilməyəcək.

 

Onun yerinə AVRO-2020-də kimin oynayacağı Türkiyə yığmasının baş məşqçisi Şenol Günəşin seçimindən asılı olacaq.


Müqavilə ilə "Everton”a məxsus olan Tosun, yanvarda icarə əsasında "Kristal Pelas”a keçib.

OXŞAR XƏBƏRLƏR