Futbol üzrə Türkiyə millisinin heyətində dəyişiklik edilib.
"Beşiktaş" klubundan yığmaya çağırılan Kenan Karamanı "Qalatasaray"dan Halil Dervişoğlu əvəzləyib.
Buna 27 yaşlı hücumçunun Superliqanın VII turunda səfərdə "Altay"la matçda əl barmağının qırılması səbəb olub.
Qeyd edək ki, 2022-ci il dünya çempionatının seçmə mərhələsində oktyabrın 8-də Norveçi qəbul edəcək Türkiyə millisi bundan 3 gün sonra Latviyanın qonağı olacaq.