UEFA Millətlər Liqasının pley-off mərhələsinin ilk oyununda Türkiyə Milli Futbol Komandası Ali Sami Yen İdman Kompleksində Macarıstanla üz-üzə gəlib. Matçın ilk hissəsində "Qalatasaray"ın futbolçusu Kaan Ayhan zədə səbəbindən meydançanı tərk edib.
Qarşılaşmaya ilk 11-də başlayan Kaan Ayhan 20-ci dəqiqədə zədələnib.
Zədəsindən sonra müalicə alan müdafiəçi oynamağa davam edib. Kaan daha sonra oyunu davam etdirə bilməyib və 25-ci dəqiqədə meydançanı tərk edib. Kaan Ayhanın yerinə 27-ci dəqiqədə Mert Müldür oyuna daxil olub.
//BAKU.WS