Türkiyə millisinin idmançısı vəfat etdi

İDMAN
12:40 23.10.2023
218
Kayseridə yük maşını ilə toqquşan avtomobildə olan türkiyəli kikboksçu Buket Kaya həyatını itirib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə saatlarında baş verən ağır qəzada daha 2 nəfər ağır yaralanıb. Yaralılar avtomobildən çıxarılaraq təcili yardımla xəstəxanaya aparılarkən, avtomobildə olan milli idmançı Buket Kayanın öldüyü müəyyən edilib.

Kayseri Spor klubunun qəza ilə bağlı verdiyi açıqlamada deyilir:
 
"Klubumuzdakı milli idmançımız Buket Kayanın faciəvi yol qəzasında həyatını itirdiyini dərin hüznlə öyrəndik. Allah idmançımıza rəhmət eləsin”.

Aysel
OXŞAR XƏBƏRLƏR